Azerbaijani
English
Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları üçün xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası müəyyən edilmişdir.


Vergi Məcəlləsinin 111.3-cü maddəsində banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malik olduğu müəyyən edilir.

Belə ki, Vergi Məcəlləsinin 111.3-cü maddəsində vurğulanan  banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydaları (“Nazirlər Kabinetinin Qaydaları”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 sentyabr tarixli 276 nömrəli Qərarı (“Qərar”) ilə təsdiq edilmişdir.

Nazirlər Kabinetinin Qaydaları, Maliyyə Bazarları tənzimləyicisinin Qaydalarına istinad verərək xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün  gəlirdən çıxılmasını 3 fərqli üsul ilə tənzimləyir: 

  • tam həcmdə çıxılması, 
  • 50% məhdudiyyətləşdirmə ilə çıxılması və, 
  • gəlirdən çıxılan xərclərə aid edilməməsi.
Ehtiyat fondlarının vergitutma məqsədləri üçün gəlirdən çıxılması ilə bağlı bəzi xüsusi qaydalarını (lakin bununla məhdudlaşmayan) aşağıda nəzərinizə çatdırmaq istərdik:

1. Banklar və Bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən qarşılıqlı surətdə asılı olan şəxslərə (banka aidiyyəti olan şəxslərə) verilmiş kreditlər üzrə gəlirdən çıxılan məbləğ 50 % həcmində məhdudlaşdırılır. 


2.Aşağıda banklar tərəfindən aktivlər üzrə yaradılmış xüsusi ehtiyat fondlarının gəlirdən çıxılan xərclərə aid edilməməsinin hallarının bir neçəsi sadalanır:

  • qənaətbəxş aktivlər üzrə;
  • qeyri-qənaətbəxş aktivlər üzrə -kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə və digər başqa hallarda;
  • təhlükəli aktivlər üzrə - kredit dosyelərində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcud olmadıqda;
  • ümidsiz aktivlər üzrə - fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verildikdə.

Məhdudlaşmaların tam siyahısı ilə Nazirlər Kabinetinin 2021-ci il 22 sentyabr tarixli 276 nömrəli Qərarda tanış ola bilərsiz.

Nazirlər Kabinetinin Qaydalarında hesablama mexanizmi nəzərdə tutulmayıb.

Gecikmə müddətinə görə aktivlərin təsnifatı qənaətbəxş aktivlər olduğu halda ehtiyat fondlarına aid edilən məbləğlərin gəlirdən çıxılmamasını nəzərdə tutan Qərarın 2.4.2-ci yarımbəndi 2022-ci il yanvarın 1-dən, Qərarın digər müddəaları isə Qərarın qəbul olunduğu tarixdən qüvvəyə minir.
The procedure has been established for deduction of amounts related to the establishment of special reserve funds for taxation purposes for banks and credit organizations engaged in certain types of banking activities.

Article 111.3 of the Tax Code states that, banks and credit organizations engaged in certain types of banking activities shall be entitled to deduct from the income for tax purposes, the amounts related to establishment of special reserve funds (provisions) in accordance with procedures established by the relevant executive authority. 

Thus, the rules for deduction of amounts for tax purposes related to the establishment of special reserve funds by banks and credit organizations engaged in certain types of banking activities as outlined in Article 111.3 of the Tax Code, was approved by the Decision of the Cabinet of Ministers No. 276 dated September 22, 2021 ("Rules of the Cabinet of Ministers"). 


For tax purposes, the Rules of the Cabinet of Ministers is referring to the Rules of the Financial Markets Regulator, to regulate deductible expense amounts related to the creation of special reserve funds, in 3 different ways:

  • full deduction,
  • deduction with 50% restriction and,
  • restricted on deduction.
We would like to bring to your attention several (but not limited to) special rules regarding the deduction of reserve funds from income for tax purposes:

1. The amount of deductible expenses on loans issued by banks and non-bank credit organizations (NBCOs) to interrelated persons (persons related to the bank) shall be limited to 50%.


2. Below are outlined several (but not limited to) cases in which the special reserve funds created by banks are not allowed to be treated as deductible for tax purposes:

  • on satisfactory assets;
  • on unsatisfactory assets - in case of non-submission of documents confirming the intended use of the loan and in several other cases;
  • on risky assets - in the absence of documents related to credit assessment in credit files;
  • on bad assets - in case of termination of entrepreneurial activity of the physical person.
You can get acquainted with the full list of restrictions in the Resolution of the Cabinet of Ministers No. 276 dated September 22, 2021.

The Rules of the Cabinet of Ministers does not provide for a calculation mechanism.

The paragraph 2.4.2 of the Decision, which stipulates that the amounts attributable to the reserve funds shall not be deducted from income if the classification of assets based on the period of delay factor is satisfactory, shall enter into force on 1 January 2022, and the remaining provisions of the Decision shall enter into force on the date of adoption of the Decision.
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin Milli Məclisin gündəliyinə salınması

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin 2021-ci il sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilmişdir. 

Qanun layihəsi qəbul edildikdən sonra Vergi Məcəlləsində ediləcək dəyişikliklər barədə məlumatı nəzərinizə çatdıracayıq.


Inclusion of the draft law on amendments to the Tax Code of the Republic of Azerbaijan to the agenda of the Milli Majlis

The draft law on amendments to the Tax Code of the Republic of Azerbaijan has been included in the agenda of the meeting of the Milli Majlis to be held on September 30, 2021.


We will inform you in detail about the changes to be made to the Tax Code after the adoption of the draft law.


Contact us

 
Arif Guliyev
Director, Tax Advisory Services
arif.guliyev@pwc.com
Gunel Sadiyeva
Manager, Tax Advisory Services
gunel.sadiyeva@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing & Communications Leader
aysel.suleymanova@pwc.com