Azerbaijani
English
30 Dekabr 2021-ci il tarixli  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanun”a əsasən lotoreya və idman mərc oyunları ilə əlaqəli bir sıra dəyişikliklər edilib  
According to the "Law of the Republic of Azerbaijan on Amendments to the Tax Code" dated December 30, 2021, several changes have been made related to lotteries and sports betting games
Dəyişikliklərə əsasən lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları sadələşdirilmiş vergi ödəyicisi hesab edilirlər. Lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, lotereya biletlərinin satıcısı tərəfindən isə lotereya təşkilatçısının ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Eyni zamanda, biletlərin satışı və satıcıların mükafatları ilə bağlı məlumatların gündəlik əsasla Dövlət Vergi Xidmətinin mərkəzi informasiya sisteminə ötürülməsini təmin etmək lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının vəzifələrinə aid edilmişdir.

Dəyişikliklərdə nəzərdə tutulan inzibati və vergi güzəştləri

Dəyişikliyə əsasən, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı zamanı nəzarət kassa aparatları, kassa çeki habelə nağd hesablaşma ilə bağlı digər ciddi hesabat blankları tələb olunmur. Eyni zamanda, bu satış (həmçinin lotereya biletlərinin agent qaydasında satışı) ilə bağlı xidmətlərin göstərilməsi zamanı elektron qaimə-fakturanın verilməsi də nəzərdə tutulmur.

Bundan başqa, fiziki şəxslərin lotereyalardan və idman mərc oyunlarından əldə olunan pul uduşlarının 500 manatadək hissəsi gəlir vergisindən azad edilmişdir. Əlavə olaraq, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər mənfəət (gəlir) vergisindən, ƏDV-dən və sadələşdirilmiş vergidən azad edilmişdir. 
According to the amendments, lottery organizers and sellers of lottery tickets are considered to be simplified taxpayers. The lottery organizers are subject to simplified tax at the rate of 6% from the proceed of sale of lottery tickets, and the sellers of lottery tickets at the rate of 4% from the commissions paid to them by the lottery organizers. At the same time, it was included in the list of responsibilities of lottery organizers and sports betting operators, to ensure the input of information on ticket sales and sellers' awards to the central information system of the State Tax Service on a daily basis.


Administrative and tax exemptions provided for in the amendments

According to the amendment, cash registers, receipts and other serious reporting forms related to cash settlements are not required for the sale of lottery tickets, sports betting tickets and e-sports betting tickets. At the same time, it is not envisaged issuance of the e-invoices during the provision of services related to this kind of sale (as well as the sale of lottery tickets as an agent).


Up to AZN 500 of winnings from lotteries and sports betting games of physical persons are exempt from income tax by this amendment. In addition, income from services provided for the sale of lottery tickets as an agent at all stages on the basis of a contract with the seller of lottery tickets or on his behalf is exempt from corporate income tax, VAT and simplified tax.  
 

Noyabr ayında tərəfimizdən Vergi xəbərlərimizdə dərc edilmiş Vergi Məcəlləsinə dəyişikliklər layihəsi (dərc olunmuş xəbərlə bu linkdən tanış ola bilərsiniz) 29 dekabr 2021-ci il tarixli Qanunla təsdiq edilmişdir.
Draft amendments to the Tax Code that was published by us in our Tax News in November (you can find the published news in this link ) were approved by the Law dated 29 December 2021.
İlkin Qanun layihəsi ilə təsdiq olunmuş Qanun arasında kiçik fərqlər vardır.

Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin tutulması ilə bağlı yekun versiyaya gətirilmiş aydınlıqlardan birini diqqətinizə çatdırmaq istərdik.
There are minor differences between the Draft law version and version adopted by the Law.

We would like to bring to your attention one of the clarifications that was made to the final version related to VAT treatment of wholesale and retail sale of agricultural products.
Dəyişikliyə əsasən, 2022-ci il 1 yanvar tarixdən 3 il müddətində yerli və xarici mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV, bütün təsdiqedici alqı-satqı sənədləri mövcud olduqda, ticarət əlavəsindən hesablanacaqdır. Əks halda isə ƏDV ümumi dövriyyədən hesablanacaqdır.

According to the amendment, within 3 years starting from January 1, 2022, VAT will be applied to the trade surcharge at the wholesale and retail sale of foreign and local origin agricultural products, provided that all supporting purchase and sales documents are  available. Otherwise, VAT should be calculated from the total turnover.
Sözügedən vergi ödəyiciləri tərəfindən həmin müddət ərzində əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilməyəcəkdir.

2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı isə ƏDV-nin həmin malların tam satış dəyərindən hesablanması nəzərdə tutulmuşdur.
The amounts of VAT paid on purchased agricultural products are not claimed by the above-mentioned taxpayers for the same period.


In case of subsequent sale of agricultural products purchased by paying VAT and fully claiming it by January 1, 2022, VAT is calculated from the full sales value of the goods.

11 Yanvar 2022-ci il tarixli  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanun”a əsasən ƏDV-dən azad edilən idxala aşağıdakı əlavə edilmişdir.

Əlavəyə əsasən 2021-ci il 15 oktyabr tarixdən 5 il müddətində, işğaldan azad edilmiş və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərdən minaların və digər partlayıcı maddələrin qalıqlarının təmizlənməsi üçün qanunvericilikdə müəyyən edilmiş təsdiqedici sənədlər əsasında, bütün növ texnika, qurğu, avadanlıq, geyimlər, alətlər, minaaxtaran itlər, partlayıcı və pirotexniki vasitələrin idxalı ƏDV-dən azad edilir.
According to the "Law of the Republic of Azerbaijan on Amendments to the Tax Code" dated January 11, 2022, following addition has been made to the VAT-exempted imports.

According to the addition, within 5 years, starting from October 15, 2021, import of all types of machinery, plants, equipment, clothing, tools, mine detection dogs, explosives and pyrotechnics which are for clearing the mines and other explosive remnants in the areas liberated from occupation and affected by military operations is exempted from VAT based on the supporting documents reuqired by Law.
 

Contact us

 
Arif Guliyev
Director,Tax Advisory and Transfer Pricing Services

arif.guliyev@pwc.com
Gunel Sadiyeva
Senior Manager, Tax Advisory and Transfer Pricing Services

gunel.sadiyeva@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

 
Aysel Suleymanova
Marketing & Communications Leader
aysel.suleymanova@pwc.com