English
Azerbaijani
Draft Law on Amendments to the Tax Code of the Republic of Azerbaijan

 On December 20, 2022, the Draft Law reflecting new provisions to the Tax Code regarding persons who perform system integration, software preparation and development activities outside the technology park as a resident of the technology park was discussed in the second reading of the Milli Majlis.


We bring to your attention a number of important amendments and additions envisaged in the Draft Law.

Expanding the scope of technology park resident

According to the amendment, individuals and legal entities who have received the registration certificate of the technology park and are engaged in entrepreneurial activities outside the park will also be considered residents of the technology park. With this amendment, a legal basis has been formed for those who carry out system integration, software preparation and development activities outside the technology park to be considered residents of the technology park.

Tax exemptions and concessions

If the persons engaged in the mentioned activity are residents of the technology park, they will be able to benefit from the following tax exemptions and concessions for a period of 10 years, starting from the reporting year in which the registration certificate is obtained:


  • Individuals and legal entities will be exempted from income and profit tax respectively for the income generated from the mentioned activities (including improvement, technical support and training services provided to buyers as a result of the implementation of that activity);
  • Property and land tax exemption;
  • Exemption from withholding tax on dividend payments.




Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsi

20 Dekabr 2022-ci il tarixində Vergi Məcəlləsinə texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər ilə bağlı yeni müddəaları əks etdirən Qanun layihəsi Milli Məclisin ikinci oxunuşunda müzakirə olunmuşdur.

 Qanun Layihəsində nəzərdə tutulan bir sıra mühüm əlavə və dəyişiklikləri diqqətinizə çatdırırıq.


Texnologiyalar parkının rezidenti anlayışının genişləndirilməsi

Dəyişikliyə əsasən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və parkdan kənarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər də texnologiyalar parkının rezident hesab olunacaq. Bu dəyişikliklə texnologiyalar parkından kənarda sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin texnologiyalar parkının rezidenti hesab edilə bilməsi üçün hüquqi zəmin formalaşdırılmışdır.

Vergi azadolmaları və güzəştlər

Sözügedən fəaliyyətlə məşğul olan şəxslər texnologiyalar parkının rezidenti olduqda Vergi Məcəlləsində texnologiyalar parkının rezidentlərinə xas olan aşağıdakı vergi azadolma və güzəştlərindən qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə yararlana biləcəklər:

  • Fiziki  və hüquqi şəxslər həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərdən müvafiq olaraq gəlir və mənfəət vergisindən;
  • Fiziki və hüquqi şəxslər əmlak və torpaq vergisindən;
  • Hüquqi şəxslər tərəfindən ödənilən dividendə görə ödəmə mənbəyində tutulan vergidən.


Apart from these, when the persons engaged in the said activity are residents of the technology park, the personal income tax on their employees’ salary will be calculated in the following manner:



  • In the period covering the years 2023-2025:  0 percent of the monthly income up to AZN 8,000, and 5 percent of the amount exceeding AZN 8,000;
  • In the period covering the years 2026-2032: 5 percent of monthly income.
Bunlardan başqa, sözügedən fəaliyyətlə məşğul olan şəxslər texnologiyalar parkının rezidenti olduqda onların muzdlu işçilərinin əldə etdiyi gəlirlərə görə gəlir vergisinin aşağıdakı qaydada hesablanması nəzərdə tutulur:


  • 2023-2025-ci illəri əhatə edən dövrdə: aylıq gəlirin AZN 8,000-dək hissəsi 0 faiz, AZN 8,000-dən çox olan məbləğin isə 5 faizi;
  • 2026-2032-ci illəri əhatə edən dövrdə: aylıq gəlirin 5 faizi.

Contact us

 
Gunel Sadiyeva
Director, Integrated Tax Services
gunel.sadiyeva@pwc.com
Rufat Shahbazov
Manager, Integrated Tax Services
rufat.shahbazov@pwc.com
Javid Aliyev
Manager, Integrated Tax Services
javid.aliyev@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

 
Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com