Azerbaijani
English
09 iyun 2022-ci il tarixində  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanun”u qəbul edilmişdir.
On June 9, 2022, the “Law of the Republic of Azerbaijan on Amendments to the Tax Code” was adopted.
Qanuna əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 102.1.22-2-ci maddə əlavə edilmişdir. Bu maddə 2023-cü il fevralın 1-dən etibarən fiziki şəxslərin yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirlərinin 5 il müddətinə vergidən azad edilməsini nəzərdə tutur.

Xatırladaq ki, oxşar məzmunda olan azadolma Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində də mövcuddur və bu dəyişikliyi həmin azadolmanın daha xüsusiləşdirilmiş şəkildə davamı hesab etmək olar. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, harada təklif edilməsindən və harada ticarətə buraxılmasından asılı olmayaraq investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 2023-cü il fevralın 1-dək gəlir vergisindən azad edilir.

Qanuna əsasən 2022-ci il yanvarın 1-dən tətbiq edilməklə faizlərin ödəmə mənbəyində vergiyə cəlb olunması ilə bağlı da dəyişikliklər edilmişdir. Dəyişikliklərə əsasən, rezident hüquqi şəxslərin və qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliklərinin faiz gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması ləğv edilir.


Beləliklə, dəyişiklikdən sonra yalnız aşağıdakı hallarda Azərbaycan mənbəyindən əldə edilmiş faiz gəlirləri, həmçinin maliyyə lizinqi üzrə ssuda faizləri ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunur:

Rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından,

  • rezident fiziki şəxslərə ödənildikdə;
  • qeyri-rezident fiziki şəxslərə ödənildikdə;
  • Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərə ödənildikdə.

Əlavə olaraq, dəyişikliklərə əsasən, istiqraz üzrə ödənilən diskont və faiz gəlirlərindən ödəmə mənbəyində vergi istiqraz mülkiyyətçisinin həmin istiqraza malik olduğu günlərin sayına mütənasib surətdə hesablanacaqdır.
According to the law, Article 102.1.22-2 was added to the Tax Code of the Republic of Azerbaijan. This Article states that dividends, discounts (difference resulting from the placement of bonds below face value) and interest income paid to individuals on publicly offered and traded in a regulated market shares and bonds are exempted from income tax for a period of 5 (five) years from February 1, 2023.

It should be noted that a similar exemption exists in Article 102.1.22 of the Tax Code, and this amendment can be considered a more specialized continuation of that exemption. Thus, according to Article 102.1.22 of the Tax Code, dividends, discounts and interest income paid on investment securities, regardless of where they are offered and traded, are exempt from income tax from February 1, 2016 to February 1, 2023.


Pursuant to the law, some amendments were made regarding withholding tax application on interest income, which have retrospective force and are considered to be effective from January 1, 2022. As such, the taxation of interest income of resident legal entities and permanent establishments of non-resident legal entities at the source of payment is abolished.

Thus, considering the amendments, interest income from Azerbaijani sources, as well as interest on financial leasing loans are subject to 10% withholding tax only in the following cases:


When paid by a resident or by a permanent establishment of a non-resident, or on behalf of such representation,

  • to resident individuals;
  • to non-resident individuals;
  • to non-resident legal entities that do not have a permanent establishment in the Republic of Azerbaijan.

In addition, based on the amendments, the withholding tax on the discount and interest income paid on the bond will be calculated in proportion to the number of days the bondholder owns the bond.

 
 
 

Contact us

 
Arif Guliyev
Director,Tax Advisory and Transfer Pricing Services

arif.guliyev@pwc.com
Gunel Sadiyeva
Senior Manager, Tax Advisory and Transfer Pricing Services

gunel.sadiyeva@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

 
Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com