Azerbaijani
English
Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydalarında dəyişikliklər

21 iyul 2022-ci il tarixdə Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydalarına (“Qaydalar”) birsıra yeni əlavə və dəyişikliklər edilib. Aşağıda bəzi əhəmiyyətli dəyişiklikləri sizə təqdim edirik:
Changes to the Transfer Pricing Rules


On July 21, 2022 a number of additions and amendments were made to the “Rules on the establishment and implementation of the Transfer Prices” (hereinafter referred to as “Rules”). Below, we are describing the most important amendment: 
Məqbul İnterval
Acceptable Range
Transfer qiymətinin müəyyən edilməsi zamanı, bütün müqayisə edilən əməliyyatların seçilmiş müvafiq göstəricilərinin (qiymət, marja və ya xüsusi çəki) ən aşağı və yuxarı həddi əvəzinə kvartillərarası məqbul intervalının tapılması yolu ilə hesablanacaq.
When determining the transfer price, instead of the minimum and maximum limit of the selected relevant indicators (price, margin or specific weight) of all compared transactions, it is calculated by finding an acceptable interquartile range.
Əgər vergi ödəyicisi tərəfindən aparılan nəzarət olunan əməliyyatda təsbit edilmiş qiymət müəyyənləşdirilmiş intervaldan kənardadırsa və transfer qiyməti yenidən hesablanmalıdırsa, bu halda transfer qiyməti kimi, ədədi orta əvəzinə median götürüləcək
In cases where the price determined in the controlled transaction carried out by the taxpayer falls outside the specified range and there is a need for recalculation of the transfer price, then the median should be used as the transfer price rather than the mean average.
Müəssisənin yoxlanılan dövrdəki müvafiq göstəriciləri (qiymət, marja və ya xüsusi çəki) nəzarət olunmayan əməliyyatlar üzrə seçilən müəssisələrin yoxlanılan dövr və əvvəlki iki ilin orta göstəriciləri ilə müqayisə ediləcək.
The enterprise's relevant indicators (price, margin or specific weight) for the audited period will be compared to the comparable enterprises’ average indicators for the audited and the two precedent years.
Sənədləşmə
Documentation
Vergi ödəyicisi vergi orqanının tələbi ilə müəssisə qrupu haqqında, yoxlanılan müəssisə haqqında, nəzarət olunan əməliyyatlar barədə 20-dən çox qanunvericilikdə tələb olunan məlumatları özündə əks etdirən sənədləri vergi orqanına təqdim etməlidir.
The taxpayer shall provide more than 20 documents containing information required by legislation on the enterprise’s group, audited enterprise, and controlled transactions on the demand of the tax authority.

Transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması
Advanced Pricing Agreement

Qaydalara vergi ödəyicisinin transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması ilə bağlı vergi orqanına müraciətinə baxılması müddəti 30 gün  olaraq müəyyənləşdirilib.
According to the rules, the period of consideration of the taxpayer's application to the tax authority regarding the advance agreement on transfer pricing methods is defined as 30 days.
Vergi orqanının transfer qiymətlərinin üsullarının əvvəlcədən razılaşdırılması barədə vergi ödəyicisinə təqdim etdiyi məktubun vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş və vergi yoxlaması ilə əhatə olunmamış eyni əməliyyatlara münasibətdə də tətbiq edilə bilinər.
The letter on advance pricing agreement that the tax authority provides to the taxpayer may also be used in connection with transactions that were made by the taxpayer in earlier periods but weren't covered by the tax audit.

Vergi orqanı tərəfindən transfer qiymətləri üsullarının əvvəlcədən razılaşdırılması çərçivəsində əməliyyatın xarakterindən asılı olaraq düsturlar və gəlirin bölüşdürülməsində istifadə edilən indikatorlar da razılaşdırılır.
Within the framework of advance pricing agreement, also the formulas and indicators, used in the distribution of income are agreed. 


 
 
Vergi Yoxlamaları
Tax Audits
22 avqust 2022-ci il tarixində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 4.5-2-ci bəndinə dəyişikliklər edilib:
On 22 August 2022, amendments were made to the Article 4.5-2 of the “Regulation on the form and procedure of the unified data register of inspections conducted in the field of entrepreneurship”:

Səyyar vergi yoxlaması zamanı yoxlamanın əhatə etdiyi dövr Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-1-ci maddəsinə uyğun olaraq artırıldıqda, bu barədə qərarın qəbul edildiyi vaxtdan 1 iş günü müddətində www.yoxlama.gov.az portalına daxil olunmalıdır.
If the duration of an inspection during on-site tax audit is extended pursuant to Article 36.3-1 of the Tax Code of the Republic of Azerbaijan, the decision on that must be uploaded to the portal (www.yoxlama.gov.az) within one working day from the date of the decision.
 
 
Aksiz vergisi
Excise tax
24 avqust 2022-ci il tarixində  “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına dəyişikliklər edilmişdir.
On August 24, 2022, amendments were made to the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan "On changing the level of the effective excise taxes rates of petroleum products".
Dəyişikliklərə əsasən 1 sentyabr 2022-ci il tarixindən etibarən, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağı üçün aksiz vergisinin dərəcələri müvafiq olaraq 40%-dən 42.5%-ə və 18%-dən 18.3%-ə qaldırılmışdır
According to the amendments, the rates of excise tax for AI-92 gasoline and diesel fuel raised from 40% to 42.5% and from 18% to 18.3%, respectively, to be effective from September 1, 2022.

 

Contact us

 
Gunel Sadiyeva
Director, Integrated Tax Services
gunel.sadiyeva@pwc.com
Arif Guliyev
Director, Integrated Tax Services
arif.guliyev@pwc.com
Javid Aliyev
Manager, Integrated Tax Services
javid.aliyev@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

 
Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com