Stay on top of major legal developments with PwC Azerbaijan Times alerts  focusing on key insights and business implications

 
English
Azerbaijani
 
Visa regime between Azerbaijan and Qatar abolished

On January 24, 2022, the Law “On Approval of the Agreement between the Governments of the Republic of Azerbaijan and the State of Qatar on Visa Exemption for Citizenship Passport Holders” was approved.  From now on, citizens of each of Azerbaijan and Qatar will enter each other’s state territory without obtaining a visa and will merely cross the border with an appropriate entry and exit stamp.

In addition, according to the Press and Public Relations Department of the Milli Majlis, the draft law “On Ratification of the Agreement between the Governments of the Republic of Azerbaijan and the Republic of Serbia on Mutual Abolition of Visa Requirements for Citizenship Passport Holders” has been included in the agenda of the meeting of the Milli Majlis which will take place on February 1, 2022.  Apparently, the mutual abolition of visa requirements between Azerbaijan and Serbia is also expected in the near future. 



 
 
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olundu

24 yanvar 2022-ci il tarixdə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə” Qanun təsdiq edilib. Beləliklə, bundan sonra Azərbaycan və Qətər vətəndaşları bir birinin dövlət ərazisinə viza almadan səfər edəcəklər və sadəcə müvafiq giriş-çıxış möhürünün vurulması ilə sərhəddən keçəcəklər.

Əlavə olaraq, qeyd edək ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verildiyi məlumata əsasən, artıq Milli Məclisin 2022-ci il fevralın 1-də keçiriləcək iclasın gündəliyinə  “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi daxil  edilib. Beləliklə, yaxın zamanda həmçinin Azərbaycan və Serbiya arasında viza tələbinin qarşılıqlı aradan qaldırılması gözlənilir.


Citizens of five more countries are allowed to enter and leave Azerbaijan by air

Relevant amendments have been made to the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No.151 dated May 26, 2021 “On Measures to Extend the Special Quarantine Regime and Remove Certain Restrictions”. 

From 13 January 2022, citizens of three countries, i.e., Hashemite Kingdom of Jordan, Republic of Cyprus and Ukraine and citizens of other countries as well as stateless persons permanently residing in any of the above countries are allowed to enter and exit Azerbaijan by air.  In addition, from 26 January 2022, the citizens of two more countries, i.e., Republic of Belarus and Romania, citizens of other countries as well as stateless persons permanently residing in any of the above countries are allowed to enter and exit Azerbaijan by air.

Daha beş ölkə vətəndaşının hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verildi

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına müvafiq dəyişiklər edilib. 

Belə ki, 13 yanvar 2022-ci il tarixdən etibarən Azərbaycana hava nəqliyyatı vasitəsilə üç ölkə, yəni Haşimilər Krallığı, Kipr Respublikası və Ukrayna vətəndaşları və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verildi. 26 yanvar 2022-ci il tarixdən etibarən isə Azərbaycana hava nəqliyyatı vasitəsilə daha iki ölkə, yəni Belarus və Rumıniya vətəndaşları və orada daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin giriş-çıxışına icazə verildi. 
 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing & Communications Leader
aysel.suleymanova@pwc.com