Stay on top of major legal developments with PwC Azerbaijan Times alerts  focusing on key insights and business implications

 
Azerbaijani
English
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti növbəti dəfə uzadıldı
Suspension of  inspections in the commercial sector has been extended
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklərə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti növbəti dəfə uzadıldı. 

Belə ki, ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırıldı.
According to the recent amendments to the Law On Suspension of Inspections in the Business Sector, the suspension period in the commercial sector has been extended. 


Consequently, on-going inspections of non-state owned or controlled legal entities and private entrepreneurs have been suspended until 1 January 1 2023.


İnsanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı genişləndirildi
The list of inspections allowed in cases posing a significant threat to human life and health, security and the economic interests of the state has been expanded
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”-na 7 aprel 2022-ci il tarixindən dəyişikliklər edilmişdir. 

Bu dəyişiklikərə əsasən 1 yanvar 2023-cü il tarixdən etibarən kənd təsərrüfatı sahəsində toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı qanunvericilik tərəfindən müəyyən edilmiş müvafiq tələblərə riayət olunub-olunmamasına nəzarət məqsədilə  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində yoxlamalar aparılacaqdır.  Qeyd edək ki, bu yoxlamalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaqdır.
According to the Law On Suspension of Inspections in the Business Sector, approved by Decree of the President of the Republic of Azerbaijan No. 660, October 26, 2015, the amendments have been made to the List of Inspections Allowed in Cases that Pose a Significant Threat to Human Life and Health, Security and Economic Interests of the State since April 7, 2022. 


Pursuant to the Amendments, starting from 1 January 2023 the Ministry of Agriculture will be in charge of inspections of non-state owned or controlled legal entities and private entrepreneurs in the agricultural sector to monitor compliance with the relevant legal requirements on seeds and sowing materials, as well as the selection achievements.




Azərbaycan və Serbiya arasında viza rejimi ləğv olundu
Visa regime between Azerbaijan and Serbia abolished
18 fevral 2022-ci il tarixdə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanun təsdiq edilib. 

Beləliklə, bundan sonra Azərbaycan və Serbiya vətəndaşları bir birinin dövlət ərazisinə viza almadan səfər edəcəklər və sadəcə müvafiq giriş-çıxış möhürünün vurulması ilə sərhəddən keçəcəklər. Bununla belə, qeyd edək ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan Serbiya vətəndaşları olduğu yer üzrə qeydiyyatdan keçməlidirlər.  
On February 18, 2022, the Law On Approval of the Agreement on Mutual Visa Exemption for Holders of Passports Between the Governments of the Republic of Azerbaijan and the Republic of Serbia was enacted. 


From now on, citizens of each of Azerbaijan and Serbia will enter each other’s state territory without obtaining a visa and will merely cross the border with the appropriate entry and exit stamp. We note that in any case, the citizens of Serbia temporarily staying in Azerbaijan for more than 15 days shall register at their place of residence.

 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing & Communications Leader
aysel.suleymanova@pwc.com