Prezident investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğini təsdiq edib
|
The President approved sectors of economic activity, territories, and zones in which investment to be made and minimum amount based on the volume of the investment project
|
|
|
|
Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2022-ci il tarixli Fərmanı ilə 2023-cü il yanvarın 1-dən 3 il ərzində investisiya təşviqi sənədi aşağıdakı investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara veriləcək:
- sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;
- turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;
- Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr; və
- Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri.
|
According to the Presidential Decree dated 20 December 2022, within 3 years from 1 January 2023 an investment promotion document will be issued to legal entities and individual entrepreneurs engaged in the following investment projects:
- projects in industrial areas and agricultural parks;
- projects in touristic and recreational areas;
- projects to be implemented in other cities and districts except for Baku, Sumgait, Ganja, Absheron district and territories liberated from occupation; and
- strategic investment projects implemented in areas determined by the President.
|
|
|
|
Qeyd edək ki, paylarının (səhmlərinin) 30 %-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə investisiya təşviqi sənədi verilməyəcək.
Bundan əlavə, Fərman investisiya məbləğinin minimal hədləri müəyyən edib. Belə ki, Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə investisiya məbləği 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 milyon manat təşkil edir.
|
It should be noted that investment promotion document will not be issued to legal entities, shares (stakes) of which by 30 % or more are directly or indirectly owned by the state, as well as public legal entities founded by the state.
The Decree also introduced minimum limits of the investment amount. So, with respect to projects to be implemented in Baku (except Rasulzade settlement of Binagadi district, Narimanov and Nasimi districts, Keshla settlement of Nizami district, Badamdar and Bibiheybat settlements of Sabail district, Ahmadli settlement of Khatai district and Yasamal district), Sumgait, Ganja cities and Absheron district the investment amount will be AZN 5 million, and for projects to be implemented in other areas – AZN 3 million.
|
|
|
|
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib
|
Model Regulation On Clusters of Micro, Small and Medium Business Entities approved
|
|
|
|
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə təsdiq edilib. Belə ki, Nümunəvi Əsasnamə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin (KOB klasteri) yaradılmasının və ləğvinin, habelə KOB klasterində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını tənzimləyir.
Qeyd edək ki, KOB klasterinin yaradılması üçün müvafiq kommersiya hüquqi şəxsi KOB klaster şirkətinin şəhadətnaməsini səlahiyyətli qurumdan əldə etməlidir.
|
Model Regulation On clusters of Micro, Small and Medium Business Entities has been approved by the Decree of the President of the Republic of Azerbaijan dated December 15, 2022. Thus, the Model Regulation is governing the organizational, legal and economic framework for the creation and liquidation of clusters of micro, small and medium-sized enterprises (SME cluster), as well as the functioning of entrepreneurial activity in the SME cluster.
It is worth to mention that to establish an SME cluster, a relevant commercial legal entity must obtain an SME cluster company certificate from an authorised entity.
|
|
|
|
Hökümət ixtiraların və faydalı modellərin xarici ölkələrdə patentləşdirilməsinin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydasını təsdiq edib
|
Regulation on State Financing of Patenting of Inventions and Useful Models in Foreign Countries approved by the Government
|
|
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 439 nömrəli 9 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ixtiralarının və faydalı modellərinin Patent Əməkdaşlıq Sazişinə (PCT) üzv olan ölkələrdə ilk 3 il müddətində patentləşdirilməsi xərclərinin 50 % dövlət tərəfindən maliyyələşəcəkdir. Eyni zamanda, Qərarla xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası müəyyən edilir.
|
According to the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No. 439 dated December 9, 2022, 50 % of the expenses of patenting of inventions and useful models within the member states of the Patent Cooperation Treaty (PCT) will be financed by the state for the first 3 years.
In addition, the approved Decision also defines state financing regulation of the expenses.
|
|
|
|
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
|
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
|
|
|
|
|
For any questions related to the information included herein, please contact
|
|
|
|
Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com
|
|
|
|
|