Azerbaijani
English
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” haqqında qərarlarına dəyişiklik edilmişdir
Decisions of the Cabinet of Ministers of the Republic of Azerbaijan on “Nomenclature of Goods in Foreign Economic Activity, Import Customs Duties Rates and Export Customs Duties Rates” and “Excise Duties Rates for Goods Imported into the Territory of the Republic of Azerbaijan” Amended
 2022-ci il oktyabrın 28-dən etibarən birdəfəlik istifadə üçün elektron siqaretlər, qəlyanlar və onların əvəzediciləri 2403-cü alt mövqedən çıxarılaraq, tam olaraq 2404-cü alt mövqeyə keçiriləcəkdir. Beləliklə, bu mallar artıq “2404 12 000 2” və “2404 19 000 2” kodları altında idxal/ixrac ediləcəkdir. 

With effect from 28 October 2o22, one-time disposable electronic cigarettes, hookahs and their substitutes shall be removed from subheading 2403 and completely be transferred to subheading 2404.  Accordingly, these goods shall be imported/exported under codes "2404 12 000 2" and "2404 19 000 2".
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmişdir
“Movable Property Encumbrance Law” of the Republic of Azerbaijan Amended
“Daşınar əmlakın yüklülüyü” haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, dövlət və bələdiyyə yüklülüyünün əhatə dairəsi genişləndi.

Belə ki, dəyişikliklərdən öncə sığortaedənin cari, valyuta və digər hesablarından yalnız məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaların Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncamın verilməsi üçün Nazirlik tərəfindən müraciət edilirdi. Qanuna edilmiş son dəyişikliklərdən sonra həmçinin məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin alınması üçün də Nazirlik tərəfindən icra sənədi olan sərəncamın verilməsi üçün müraciət ediləcəkdir.
Pursuant to the amendment to “Movable Property Encumbrance Law” of the Republic of Azerbaijan, the scope of state and municipal encumbrance has been expanded.

Thus, prior to the amendments, the Ministry of Labor and Social Protection, represented by the State Social Protection Fund, applied to a bank or other credit institution for the issuance of an enforcement order for the settlement of debts to the Ministry’s account only in respect of mandatory state social insurance contributions and imposed financial penalties. With the latest Amendments to the Law, the Ministry is also entitled to apply for an enforcement order to discharge the debt into the Ministry’s account in respect of interest for late payment of contributions for compulsory state social insurance.

2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları  sadələşdirilib
Visa Procedures Simplified for non-Azeri Citizens Travelling to and from Qatar via Azerbaijan during 2022 FIFA World Cup



Prezidentin 3448 nömrəli 22 avqust 2022-ci il tarixli Sərəncamına əsasən 2022-ci ildə Qətər Dövlətində təşkil ediləcək Futbol üzrə Dünya Çempionatının (2022 FİFA Dünya Kuboku) keçirildiyi tarixlərdə çempionatla bağlı Qətər Dövlətinə səfəri çərçivəsində Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2022-ci il noyabrın 20-dən dekabrın 20-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsi imkanı verilib.

Belə ki, viza rəsmiləşdirilməsi üçün həmin şəxslərlərdən aşağıda sənədlərdən birinin təqdim edilməsi tələb olunacaq:

  • 2022 FİFA Dünya Kubokunun beynəlxalq təşkilatçıları olan “Q22” Şirkətinin və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartını və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənədi və ya
  • futbol komandaları 2022 FİFA Dünya Kubokunda iştirak edən ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bileti və ya biletin əldə olunmasını təsdiq edən sənədi.
According to Presidential Decree No. 3448 dated 22 August 2022, foreigners and stateless persons willing to visit the Republic of Azerbaijan within a visit to the State of Qatar during 2022 FIFA World Cup shall be given the opportunity to obtain visas at the international airports of the Republic of Azerbaijan from November 20 to December 20, 2022.  



Therefore, these persons shall submit the following documents in order for a visa to be issued:


  • an accreditation card or other document confirming accreditation in accordance with the relevant regulations of the "Q22" Company and the Federation of International Football Associations (FIFA), which are the international organizers of the 2022 FIFA World Cup;
  • a ticket or a document confirming the purchase of a ticket for citizens of countries national teams of which participate in the 2022 FIFA World Cup; stateless persons shall also produce documents confirming their permanent residence in respective countries. 
 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com