Stay on top of major legal developments with PwC Azerbaijan Times alerts  

 
Azerbaijani
English
Daha 14 ölkənin vətəndaşlarının hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verildi 

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına müvafiq dəyişiklər edilib.

Belə ki, 19 may 2022-ci il tarixdən etibarən Azərbaycana hava nəqliyyatı vasitəsilə aşağıdakı on dörd ölkənin vətəndaşlarının və rezidentlərinin giriş-çıxışına icazə verildi:

1. Bolqarıstan Respublikası
2. Butan Krallığı
3. Cənubi Afrika Respublikası
4. Qvatemala Respublikası
5. Laos Xalq Demokratik Respublikası
6. Livan Respublikası
7. Mavriki Respublikası
8. Misir Ərəb Respublikası
9. Myanma İttifaqı Respublikası
10. Nepal Federativ Demokratik Respublikası;
11. Paraqvay Respublikası
12. Şimali Makedoniya Respublikası
13. Şri-Lanka Demokratik Sosialist Respublikası və
14. Vyetnam Sosialist Respublikası.

Citizens of 14 more countries are allowed to enter and leave Azerbaijan by air

Pursuant to amendments made to Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No.151 dated May 26, 2021 “On Measures to Extend the Special Quarantine Regime and Remove Certain Restrictions”.

Starting from 19 May 2022, citizens and residents of 14 more countries are allowed to enter and exit Azerbaijan by air, i.e.:


1. the Republic of Bulgaria
2. the Kingdom of Bhutan
3. the Republic of South Africa
4. the Republic of Guatemala
5. the Lao People's Democratic Republic
6. the Republic of Lebanon
7.  the Republic of Mauritius
8. the Arab Republic of Egypt
9. the Republic of the Union of Myanmar
10. the Federal Democratic Republic of Nepal
11. the Republic of Paraguay
12. the Republic of North Macedonia
13. the Democratic Socialist Republic of Sri Lanka and
14. the Socialist Republic of Vietnam.
Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna dəyişiklik edildi
Amendments made to the Law “On State Registration and State Register of Legal Entities”
20 may 2022-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edilərək, yeni maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən kommersiya qurumların və publik hüquqi şəxslərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alındıqda və ya təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi dövlət qeydiyyatına alındığı gün qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik) hüquqi şəxsin elektron kabinetinə göndəriləcəkdir.
On May 20, 2022, a new Article was added to the Law of the Republic of Azerbaijan “On State Registration and State Register of Legal Entities” with relevant amendments. Pursuant to this Article, registration documents (state registration certificate, extract from state register, charter or the amendments to the charter), changes in the constituent documents and subsequent changes in the registration documents of commercial entities and public legal entities, shall be sent to an electronic cabinet of the legal entity on the day of state registration of the said documents in the State Tax Service under the Ministry of Economy.
Son illər ərzində həmin təcrübənin geniş tətbiqinə baxmayaraq, qeyd olunmuş maddə Qanuna əlavə edilməklə təcrübənin hüquqi tənzimlənməsini təmin etmişdir.
Despite the widespread use of this practice in recent years, this article has been added to the Law to ensure the legal regulation of such practical issue. 
2022 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Decree of the President of the Republic of Azerbaijan on simplification of visa procedures for foreigners and stateless persons coming to the Republic of Azerbaijan in connection with the organisation and holding of the 2022 Formula 1 Azerbaijan Grand Prix
Prezidentin Sərəncamına əsasən 2022 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2022-ci il may 10-dan iyunun 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsi imkanı verilib. Belə ki, yarışa gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizarəsmiləçdirilməsi üçün  aşağıda nəzərdə tutulan sənədlərdən birini təqdim etməlidirlər:

1) Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartını və ya akkreditasiyadan keçməni təsdiq edən hər hansı digər sənədi;
2) Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartını;
3) 2022 Formula 1 Azərbaycan Qran Pri yarışına bileti və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
According to the Presidential Decree, foreigners and stateless persons coming to the Republic of Azerbaijan in connection with the 2022 Formula 1 Azerbaijan Grand Prix were given the opportunity to obtain visas at the international airports of the Republic of Azerbaijan from May 10 to June 15, 2022.  Thus, foreigners and stateless persons arriving for the race shall provide one of the following documents in order to obtain a visa:


1) accreditation card or any other document confirming accreditation in accordance with the relevant rules of “Formula One Management Limited” Company and the International Automobile Federation, which are the international organisers of Formula 1 races;

2) accreditation card confirming accreditation in Baku City Circuit Operating Company and

3) ticket or document confirming the purchase of a ticket to the 2022 Formula 1 Azerbaijan Grand Prix.
 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com