“Elektroenergetika haqqında” yeni qanun qəbul edildi
|
A New Electricity Power Law is adopted
|
|
|
|
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 11 aprel 2023-cü il tarixli 858- VIQ nömrəli Qanunu (“Yeni Qanun”) qəbul edilib və 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcəkdir. Yeni Qanun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 3 aprel 1998-ci il tarixli 459-IQ nömrəli Qanun (“Əvvəlki Qanun”) ləğv ediləcəkdir.
Yeni Qanun elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir və elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Yeni Qanunda elektrik enerjisi bazarına yeni subyektlər əlavə olunub. Belə ki, elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, təchizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılar kimi təyin edilib.
Əvvəlki qanundan fərqli olaraq, Yeni Qanun aktiv istehlakçı, balanslaşdırıcı bazar, bazar operatoru, elektrik enerjisi bazarı kimi yeni anlayışları müəyyən edir, habelə bunlardan irəli gələn münasibətləri və topdan və pərakəndə satış qaydalarını özündə ehtiva edir.
Qeyd edək ki, Yeni Qanunda elektrik enerjisi bazarı elementlərinin tətbiqi üç mərhələdən ibarət olmaqla həyata keçiriləcək. Hər bir mərhələdə nəzərdə tutulan tədbirlərə Azərbaycan Respublikasının Nazirlər Kabineti və Energetika Nazirliyi nəzarət edəcək.
- Birinci mərhələ 1 yanvar 2024-cü il tarixindən 30 iyun 2025-ci ilədək davam edəcək. Birinci mərhələdə elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və darəçilik nöqteyi-nəzərindən ayrılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası elektrik enerjisinin ötürülməsi, topdan və pərakəndə satış qiymətlərini, habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərini tənzimləyəcək.
- İkinci mərhələ 1 iyul 2025-ci ildən 30 iyun 2028-ci ilədək davam edəcək. Bu mərhələdə topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi bazar operatoru yaradılacaq. Bazar operatoru tərəfindən istehsalçılardan elektrik enerjisinin alınması və bütün təchizatçılara satılması həyata keçiriləcək. Bununla yanaşı, elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərdən ayrılması nəzərdə tutulur.
- Üçüncü mərhələ 1 iyul 2028-ci ildən başlayacaq. Yeni Qanunla bu mərhələdə göstəriləcək tədbirlər hələ müəyyən edilməyib.
|
The Law On Electricity Power of the Republic of Azerbaijan (“New Law”) No.858-VIQ dated April 11, 2023, has been adopted and will enter into force on January 1, 2024. From the date the New Law enters into force, the Law “On Electricity Power” No. 459-IQ dated April 3, 1998(“Previous Law”) will be repealed.
The New Law regulates the relations between electricity power entities, consumers, and state bodies (institutions) operating in the electricity power sector and defines the legal, economic, and organizational bases of electricity power. The New Law introduces new entities into the electricity market. Accordingly, the entities of the electricity market are defined as electricity producers, transmission system operator, distribution system operator, closed distribution network operator, supplier (wholesale and retail) and consumers.
Unlike the Previous Law, the New Law defines new concepts such as active consumer, balancing market, market operator, electricity market, as well as the relationships arising from them and includes
rules of wholesale and retail sales.
It should be noted that the implementation of the elements of the electricity market envisaged in the New Law will be implemented in three stages. The Cabinet of Ministers of the Republic of Azerbaijan and the Ministry of Energy will supervise the measures planned for each stage.
- The first stage will last from January 1, 2024, until June 30, 2025. In the first stage, the separation of the legal and administrative aspects ofelectricity production and transmission is envisaged. The Tariff (price) Council of the Republic of Azerbaijan will regulate the transmission of electricity, wholesale, and retail prices, as well as the prices of connection services to the transmission and distribution networks.
- The second stage will last from July 1, 2025, until June 30, 2028. At this stage, a market operator will be established as a separate legal entity under the authority of transmission system operator to organise the activity of the wholesale market. The market operator will be responsible for purchasing electricity from producers and its sale to all suppliers. Additionally, it is envisaged to separate the activities of distribution and supply of electricity from the legal and administrative point of view.
- The third stage will commence from July 1, 2028. The New Law is yet silent on the activities to me implemented at this stage.
|
|
|
|
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
|
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
|
|
|
|
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com
|
|
|
|
For any questions related to the information included herein, please contact
|
|
|
|
Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com
|
|
|
|
|