Azerbaijani
English
Miqrasiya Məcəlləsinə bir sıra mühüm dəyişikliklərin edilməsi gözlənilir. 
A number of significant amendments to the Migration Code are to be introduced. 
Miqrasiya Məcəlləsinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələr verən əsaslar ilə bağlı dəyişiklikləri və yeni müddəaları əks etdirən Qanun layihəsi hazırda Milli Məclisin birinci oxunuşundadır. Belə ki, 25 fevral 2023-cü il tarixində Məcəlləyə aşağıdakı istiqamətlər üzrə kompleks dəyişikliklər Milli Məclis tərəfindən müzakirəyə çıxarıldı:

(1)  Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsi halları:

Yeni Qanun layihəsinə uyğun olaraq, müvəqqəti yaşamaq icazəsi almaq üçün yeni əsas əlavə edilir. Belə ki, nominal dəyəri azı 100.000 AZN  olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq %-i dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olan əcnəbi və vətəndaşlığı olmayan şəxs, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq üçün müraciət edə bilər. Bu əsas ilə  müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı 3 iş günü müddətində Milli Depozit Mərkəzinə (MDM) göndəriləcək və həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 AZN aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə, MDM bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim ediləcəkdir.

(2)  Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi halları:

Qanun layihəsində eyni zamanda, xarici investisiyalı hüquqi şəxslərdə yüksək vəzifə tutan şəxslərlə bağlı müvəqqəti yaşamaq üçün icazə verildiyi hallara  da dəyişikliklər təklif edilir. Belə ki, hazırda Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan şəxslər müvəqqəti yaşamaq üçün icazə almaq hüququna malikdirlər. Təklif edilən dəyişikliklərə uyğun olaraq bu hallar əvəzinə ölkədə təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müəyyən edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 %-ə sahib olduqda müvəqqəti yaşamaq üçün icazə veriləcəkdir. Bu hallar əsasında ölkə ərazisində azı 1 il müvəqqəti yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün dövriyyənin minimum həddi aidiyyəti səlahiyyətli orqan tərəfindən müəyyən və təsdiq ediləcəkdir. Bu tələblər həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan və həmin əsasla ölkədə müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilməsi nəzərdə tutulur.

(3)  Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi tələblərindən istisnalar:

Qanun layihəsinə əsasən (i) investisiya təşviqi sənədinə və ya “startap” şəhadətnaməsinə malik olan hüquqi şəxslərin; (ii) aidiyyəti inzibati orqan tərəfindən müəyyən ediləcək iqtisadi rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin; (iii) qeyri-kommersiya hüquqi şəxslərin və (iv) sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinin rəhbərləri və paylarının (səhmlərinin) azı 51 % sahibləri, nizamnamə kapitalı və dövriyyəyə dair heç bir tələb olmadan, müvəqqəti yaşamaq üçün icazə almaq üçün müraciət edə bilərlər. Bununla belə, yalnız qeyri-kommersiya hüquqi şəxslərin rəhbərləri və paylarının (səhmlərinin) azı 51 % sahibləri, nizamnamə kapitalı və dövriyyəyə dair heç bir tələb olmadan, daimi yaşamaq üçün icazə almaq üçün müraciət edə bilərlər.

(4)  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda daimi yaşamaq üçün icazənin verilməsi tələblərinin sərtləşməsi:

Qanun layihəsində, qohumluq münasibətlərinə görə daimi yaşamaq üçün icazəsi alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan Respublikasının vətəndaşı olduqda daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur. Eyni zamanda, ölkə ərazisində daimi yaşamaq niyyətində olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə daimi yaşamaq üçün icazə verilməsi tələblərinin iki dəfə artırılması və aşağıdakı kimi müəyyən edilməsi təklif edilir:

(i)                 Azərbaycan ərazisində azı 200.000 AZN dəyərində daşınmaz əmlakın olması; 

(ii)               Azərbaycanda fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200.000 AZN məbləğində pul vəsaitinin olması; 

(iii)            nominal dəyəri azı 200.000 AZN olan dövlət qiymətli kağızlarına və ya eyni həcmdə paylarının (səhmlərinin) 51 və daha artıq %-i dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olması.

Son olaraq, bunu da qeyd edək ki, Qanun layihəsinin keçid müddəası ilə sözügedən dəyişikliklərin  qüvvəyə minənədək verilmiş (müddəti uzadılmış) daimi yaşamaq üçün icazələrin sahibləri eyni əsaslarla həmin icazələri almaqda davam edə biləcəkləri müəyyənləşdirilir
The Draft Law reflecting changes and new provisions to the Migration Code on the grounds for granting temporary and permanent residence permits to foreigners and stateless persons in the territory of the Republic of Azerbaijan is currently in the first reading of Milli Majlis. Thus, on February 25, 2023, complex changes to the Code in the following areas were put under consideration by Milli Majlis:


(1)  Grounds of granting temporary residence permits to foreigners and stateless persons in Azerbaijan:

In accordance with the Draft Law, a new ground is introduced for obtaining temporary residence permit. Thus, a foreigner and a stateless person, who owns state securities with a nominal value of at least 100,000 AZN or same value investment securities of legal entities with at least 51% state ownership, can apply for a temporary residence permit in the Republic of Azerbaijan. The list of persons, who have been granted a temporary residence permit on this ground, will be sent to the National Depository Centre (NDC) within 3 working days and in case the total nominal value of the investment securities, including state securities, owned by the persons specified in that list falls below 100,000 AZN or in case those securities are expropriated, the NDC will provide information concerning this to the relevant executive authority within 3 working days.



(2) Grounds of granting temporary and permanent residence permits to foreigners and stateless persons in Azerbaijan:

At the same time, the changes are proposed for the grounds on granting the temporary residence permit related to the persons holding high-level positions in legal entities with foreign investment. Currently, the persons holding the position of head and deputy head of a legal entity established in Azerbaijan with at least one shareholder being foreign legal or natural person has the right to obtain a temporary residence permit. In accordance with the proposed changes, instead of above-mentioned case, the heads and owners of at least 51% shares of the legal entities established in the country with the paid-up authorized capital of which is not less than the specified amount and with at least one of the founders being foreign legal or natural person will be eligible to obtain temporary residence permit. The minimum turnover limit for foreigners and stateless persons temporarily living in the territory of the country for at least 1 year on the above-mentioned ground will be determined and approved by the relevant competent authority. These requirements are also intended to be applied to foreigners and stateless persons who are engaged in entrepreneurial activity and are temporarily living in the country on that basis.

(3) Exceptions from the requirements on granting temporary and permanent residence permits to foreigners and stateless persons in Azerbaijan:

According to the Draft Law, heads and owners of at least 51% of shares of (i) legal entities that have an investment promotion document or a "startup" certificate; (ii) business entities operating in economic regions to be determined by the relevant administrative body; (iii) non-commercial legal entities and (iv) industrial park, industrial district and agropark residents can apply for a temporary residence permit without any requirements for authorized capital and turnover. Whereas, only heads and owners of at least 51% of shares of non-commercial legal entities can apply for a permanent residence permit without any requirements for authorized capital and turnover.




(4) Tightening of requirements for granting permanent residence permit to foreigners and stateless persons in Azerbaijan:

The Draft Law proposes to limit the scope of relatives obtaining a permanent residence permit due to family relations to the citizens of the Republic of Azerbaijan and narrow it to applicant's father, mother, husband (wife), child, sister or brother. Additionally, the requirements for foreigners and stateless persons intending to permanently reside in the territory of the Republic of Azerbaijan are proposed to be increased 2 times and defined as follows:



(i)       having real estate worth at least 200,000 AZN in the territory of Azerbaijan;

(ii)     having funds in the amount of at least 200,000 AZN based on deposit agreement with the banks operating in Azerbaijan;

(iii)   having state securities with a nominal value of at least 200,000 AZN or same value investment securities of legal entities whose shares are at least 51% state ownership.

Finally, we note that the transitional provision of the Draft Law determines that the holders of permanent residence permits, which are issued (extended) before the mentioned changes enter into force, will be able to continue to obtain those permits on the same basis.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com