Azerbaijani
English
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti sanksiyalaşdırılmışdır
Amendments to the Code of Administrative Offences introduced penalties for acts involving the illegal transfer of funds from Azerbaijan to a foreign state or from a foreign state to Azerbaijan
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə 620-VIQD nömrəli 5 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, gömrük qaydaları əleyhinə olan inzibati xətaların əhatə dairəsi genişlənmişdir.

Belə ki, 6 dekabr 2022-ci il tarixindən etibarən 50.000 manatadək olan məbləğdə pul vəsaitlərinin qanunsuz olaraq əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olma inzibati xəta predmetinin 40-60 % məbləğində cərimə ediləcəkdir. 
Pursuant to Law On Amending the Code of Administrative Offenses of the Republic of Azerbaijan No. 620-VIQD dated November 5, 2022, the scope of administrative offenses against custom regulations has been expanded.

 
Thus, with effect from 6 December 2022, the activity of illegal transferring of funds up to 50,000 AZN from Azerbaijan to a foreign country or from a foreign country to Azerbaijan by means of offsetting and other mutual settlement methods will be fined in the amount of 40-60 % of the object of the administrative offense.
Cinayət Məcəlləsinə edilən dəyişikliklər nəticəsində Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti sanksiyalaşdırılmışdır
Amendments to the Criminal Code introduced sanctions for illegal transfer of funds from Azerbaijan to a foreign state or from a foreign state to Azerbaijan
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə 619-VIQD nömrəli 5 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin əhatə dairəsi genişlənmişdir.

 Belə ki, 6 dekabr 2022-ci il tarixindən etibarən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz pul vəsaitlərinin Azərbaycandan xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyəti sanksiyalaşdırılmışdır. Belə ki, bu əməllər:

  • 50.000-200.000 manat məbləğində törədildikdə cinayət predmetinin 40%-i miqdarında cərimə və ya bu cərimə ilə yanaşı 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə;

  • vəzifəli şəxslər tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya 200.000-500.000 manat məbləğində törədildikdə cinayət predmetinin 40%-dan 60%-dək miqdarında cərimə və ya cinayət predmetinin 40% miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə; və

  • 500.000 manatdan yuxarı məbləğdə törədildikdə cinayət predmetinin 40%-dən 60%-dək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqdır. 
According to the Law On Amending the Criminal Code of the Republic of Azerbaijan No. 619-VIQD dated November 5, 2022, the scope of crimes in the field of economic activity has been expanded.  

 
Thus, with effect from 6 December 2022, the activity of transferring illegal funds from Azerbaijan to a foreign country or from a foreign country to Azerbaijan by means of offsetting and other mutual settlement methods will accordingly be sanctioned.  Thus, these acts:

  • if committed in the amount of 50,000-200,000 manats, will be punished with a fine in the amount of 40% of the crime object, or along with this fine, with restriction of freedom for a period of up to 2 years;

  • if committed by officials using their official position or in the amount of 200,000-500,000 manats, will be punished with a fine in the amount of 40% to 60% of the crime object, or restriction of freedom for a period of 2 to 4 years along with a fine in the amount of 40% of the crime object or deprivation of liberty for a period of up to 3 years; and
 
  • if committed in the amount of more than 500,000 manats, will be punished with restriction of freedom for a period of 3 to 5 years with a fine in the amount of 40% to 60% of the crime object, or deprivation of liberty for a period of 3 to 5 years.
Tütün məmulatlarının istehsalçıları və idxalçıları məcburi nişanlamaya görə nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azad edilib
Manufacturers and importers of tobacco products are exempted from paying the state duty regarding mandatory marking
Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” 223-IIQ nömrəli 4 dekabr 2001-ci il tarixli Qanununa dəyişiklik edilib.

Belə ki, 5 dekabr 2022-ci il tarixindən etibarən tütün məmulatlarının istehsalçıları və idxalçıları Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin informasiya sisteminə qoşulma barədə bildirişi aldıqları tarixdən 1 ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlanmaya görə nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azad edilir.

Nəzərdə tutulan 1 aylıq müddət Nazirlik tərəfindən hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzadıla bilər. 
Amendment to the Law On State Duty of the Republic of Azerbaijan No.223-IIQ dated December 4, 2001 has been introduced.

Thus, with effect from 5 December 2022, manufacturers and importers of tobacco products are exempt from paying the state duty regarding the mandatory marking within 1 month upon the date of receiving the notification about joining the information system of the Ministry of Economy of the Republic of Azerbaijan as the State Tax Service.


The envisaged one-month period can be extended 5 times, but not exceeding one month each time, by the Ministry. 
Ölkəyə gətirilən yeni istehsal edilmiş elektrik mühərrikli minik avtomobilləri idxal gömrük rüsumundan azad edilir
Entered country newly manufactured passenger automobiles with electric engines are exempted from the import custom duties
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 nömrəli 10 noyabr 2022-ci il tarixli Qərarı ilə idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilmişdir.

Dəyişikliyə əsasən, 11 dekabr 2022-ci il tarixindən etibarən ölkəyə gətirilən zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərrikli minik avtomobillərinə idxal gömrük rüsumu tətbiq edilməyəcəkdir. 

The import custom duty rates have been amended by the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan No. 411 dated November 10, 2022. 

Pursuant to amendment, with effect from 11 December 2022, the import customs duties will not be applied to passenger automobiles with electric engines, the factory release date of which are not more than 3 years.
 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com