Azerbaijani
English
Əmək Məcəlləsinə işəgötürənin işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilin təşkil edilməsi üzrə hüquqları əlavə edilib
The Labor Code incorporated the rights of employers to arrange additional education in institutions of additional education to improve the level of vocational preparation of employees, acquire new specializations and upgrade their qualifications
Azərbaycan Respublikasının 626-VIQD nömrəli, 24 noyabr 2022 tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu ilə Əmək Məcəlləsinə bir sıra mühüm dəyişikliklər edilib. 

Dəyişikliklərə əsasən ilk növbədə işəgötürənin Məcəllənin 11-ci maddəsi ilə müəyyən edilmiş əsas hüquqları genişlənib. Belə ki, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilin təşkil edilməsi işəgötürənin mövcud hüquqlarının sırasına əlavə edilib.

Məcəllənin 65-ci maddəsinə edilmiş dəyişikliklər nəticəsində işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri genişlənib. Belə ki, dəyişikliklərdən sonra işçilərin attestasiya zamanı işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilməsi məqsədilə digər tələblərlə yanaşı, həmçinin onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınacaq. 
A number of major amendments have been introduced to the Labor Code by the Law of the Republic of Azerbaijan On Amendments to the Labor Code of the Republic of Azerbaijan, No 626-VIQD dated November 24, 2022.

First, the Amendments extended the basic rights of the employer specified in Article 11 of the Labor Code. Thus, the existing rights of the employer were amended with the organization of additional education in additional educational institutions to improve the level of vocational preparation of employees, to acquire new specializations and to improve their qualifications.

As a result of Amendments to Article 65 of the Labor Code, the attestation of employees, its procedures and terms have been expanded. Following the Amendments, among other requirements results of improvement of the level of vocational preparation, acquiring new specializations and qualification upgrading over the last five (5) years will henceforth be considered while determining the employee’s suitability for the position held during the attestation. 
Məcəllənin 67-ci maddəsinin işçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi barədə müddəalarına dəyişikliklər edilib. Belə ki, dəyişikliklərdən əvvəl işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, yalnız işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilərdisə, dəyişikliklərdən sonra işəgötürən bunun əvəzinə işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə bilər.


The Amendments have been introduced also to the provisions on regulation of the results of attestation of employees and workplaces prescribed by Article 67 of the Labor Code. Prior to Amendments, the employer, considering the recommendation of the attestation commission, could solely transfer the employee to another relevant position (profession) with the consent of the employee. Nevertheless, after the Amendments, instead of the latter, the employer may engage the employee in training to improve his or her vocational preparation, acquire new specialization and upgrade his/her qualifications.
Daha sonra, Məcəllənin 78-ci maddəsinin işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər barədə müddəalarına əlavələr edilib. Belə, ki, bundan sonra digər tələblərlə yanaşı işəgötürən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alacaq.  

Further, provisions of Article 78 of the Labor Code on employees having a priority right to be retained in the event of redundancy have been amended.  Henceforth among other requirements, the employer will also consider improvement of the employee’s vocational preparation, his/her acquire of new specializations and upgrading qualification while determining the level of proficiency of the employee who has a priority right to be retained in the event of redundancy.
Nəhayət, dəyişikliklər nəticəsində Məcəllənin 179-cu maddəsində işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallardan birinə dəqiqləşmə verilib. Belə ki, dəyişikliklərdən əvvəl işçinin işəgötürən tərəfindən istehsalatdan göndərilməsi onun iş yerinin və orta əmək haqqının saxlandığı hal hesab edilirdisə, dəyişikliklərdən sonra işçinin istehsalatdan məhz tam və ya qismən ayrılmaqla əlavə təhsil müəssisələrinə göndərilməsi bu hal kimi hesab ediləcəkdir. 


Finally, Amendments to Article 179 of the Labor Code have clarified one of the cases in which an employee retains his/her job and average wage.  Prior to Amendments, suspending of an employee from production by the employer was deemed to be a case where the employee’s job and average pay were retained. However, after the Amendments, the latter will be considered as a case for retaining job and average salary only if the employee is assigned to additional education institution by the employer with a full or partial separation from the workplace.
 

Contact us

 
Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
 

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com