Azerbaijani
English
01 fevral 2023-cü il tarixdən iki yeni “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə
sanksiyaları haqqında” qanunlar qüvvəyə minib
Two new laws “On the Prevention of the Legalization of Criminally Obtained Property and the Financing of Terrorism” and “On Targeted
Financial Sanctions” came into force from February 1, 2023
1 fevral 2023-cü il tarixdən etibarən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2009-cu il tarixli, 767-IIIQ nömrəli Qanun ləğv edilib. Nəticədə, aşağıdakı iki yeni qanun qəbul edilib və 1 fevral 2023-cü il tarixdən qüvvəyə minib:
(i) Yeni 30 dekabr 2022-ci il tarixli, 781- VIQ nömrəli “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun və (ii) 30 dekabr 2022-ci il tarixli, 782-VIQ nömrəli “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanun.

Belə ki, yeni “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə ölkə vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir. “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanun isə terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

Əvvəlki qanundan fərqli olaraq, yeni “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun virtual aktiv, virtual aktiv xidməti təminatçıları, qeyri-maliyyə institutları və peşə sahibləri, xarici hüquqi təsisat, elektron köçürmələr, yüksək riskli zonaları, predikativ cinayətlərin anlayışını müəyyən edir, habelə bunlardan irili gələn münasibətləri və yeni texnologiyaların, predikativ cinayətlərin tətbiqini özündə ehtiva edir. Bununla yanaşı, yeni Qanunla müştəri uyğunluğu tədbirlərinin
tətbiqi zamanı qanunla icazə verilən maliyyə əməliyyatının məbləğinin limiti 15,000 AZN- dən 20,000 AZN-ə artırılıb.

Yeni “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanun terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkə daxili və beynəlxalq siyahılara sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların adlarının daxil
edilməsi və çıxarılması qaydalarını müəyyən edir. Nəticədə, həmin şəxslərin və qurumların aktivlərinin dondurulması, habelə onların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsi qadağan edilir. Belə ki, beynəlxalq siyahılarda sanksiya tətbiq edilməli şəxslərin adları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən, ölkə daxili siyahılarda isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil ediləcək və çıxaracaqdır.
From February 1, 2023, the law of the Republic of Azerbaijan “On the Prevention of the Legalization of Criminally Obtained Funds or Other Property and the Financing of Terrorism” No. 767-IIIQ dated February 10, 2009, has been abolished. As a result, two new laws have been adopted and entered into
force on February 1, 2023: (i) The New Law On Prevention of the Legalization of Criminally Obtained
Property and the Financing of Terrorism No. 781-VIQ dated December 30, 2022, and (ii) The Law On Targeted Financial Sanctions No.782-VIQ dated December 30, 2022.



Thus, the New Law On Prevention of the Legalization of Criminally Obtained Property and the Financing of Terrorism shall regulate relations between the Azerbaijan citizens, foreigners, stateless persons, legal persons, foreign legal arrangements, as well as supervisory bodies and other state authorities (bodies) for the purposes of detection and prevention of the acts related to the legalization of criminally obtained property and the financing of terrorism. Nevertheless, the Law On Targeted Financial Sanctions defines the legal basis and rules for the application of targeted financial sanctions for the purposes of prevention of terrorism, financing of terrorism, proliferation of weapons of mass destruction and financing of proliferation of weapons of mass destruction.



Unlike the previous law, the New Law On Prevention of the Legalization of Criminally Obtained Property and the Financing of Terrorism defines active service providers, non-financial institutions and professionals, foreign legal arrangements, electronic
transfers, high-risk zones, predicate offences and the relationships arising therefrom, as well as the application of new technologies and predicate offences. Additionally, with this New Law, during the application of customer due diligence measures the limit of the financial transaction has increased from
AZN 15,000 to AZN 20,000.



The new Law On Targeted Financial Sanctions introduces the rules of inclusion and exclusion of the names of to be sanctioned natural persons and organizations to the intra-state and international lists for the purposes of prevention of terrorism, financing of terrorism. As a result, the assets of these natural persons and organizations shall be freezed, and their provision of assets, economic resources or financial and other related services shall be prohibited. Consequently, the names of the to be
sanctioned natural persons and organizations
in the international lists will be included and
excluded by the United Nations Security
Council; in terms of intra-state lists - shall be
included and excluded based on the decisions
of the courts of the Republic of Azerbaijan.
“Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli
fiziki şəxslərin və qurumların ölkə daxili siyahıya daxil edilməsi üzrə icraat” Cinayət-Prosessual Məcəlləsində əlavə olunub
“Proceedings for the inclusion of natural persons and entities subject to sanctions in the framework of the fight against terrorism and terrorist financing on the intra-state list” has been added to the Criminal Procedure Code
Yeni “Hədəfli maliyyə sanksiyaları haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq, 30 dekabr 2022-ci il tarixli, 784-VIQD nömrəli Qanunu ilə Cinayət-Prosessual Məcəlləsinə yeni LX fəsil əlavə olunub. Nəticədə, terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkə daxili siyahıya daxil edilməsi üzrə icraat cinayət mühakimə icraatına sırasına əlavə edilib və məhkəmələrə həvalə edilib. Belə ki, bu icraat zamanı (i) terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkə daxili siyahıya daxil edilməsinin ümumi şərtləri; (ii) ölkə daxili siyahıya daxil edilməsi barədə təqdimatın məzmunu; (iii) ölkə daxili siyahıya daxil edilməsi barədə təqdimata baxılması qaydası; (iv) ölkə daxili siyahıdan çıxarılması; və (v) ölkə daxili siyahıya daxil edilməsi və ya ölkə daxili siyahıdan çıxarılması barədə təkrar təqdimat və təkrar müraciətlərə baxılması prosedurları müəyyən edilib.
In connection with the adoption of the New Law On Targeted Financial Sanctions in accordance with the law dated December 30, 2022, No. 784-VIQD, the new Chapter LX has been added to the Criminal Procedure Code. As a result, the “Proceedings for the inclusion of natural persons and entities subject to sanctions in the framework of the fight against terrorism is incorporated into a range of criminal proceedings and brought before the courts. Thus, (i) general conditions of the to be sanctioned natural persons and entities to the intra-state list within the
framework of prevention of terrorism and financing of terrorism; (ii) content of the submission for inclusion to the intra-state list; (iii) procedures for consideration of the submission for inclusion to the intra-state list; (iv) exclusion from the intra-state list;
and (v) consideration of resubmissions and reapplications for inclusion to, and exclusion from, the intra-state list is introduced in the course of this proceedings.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com