Azerbaijani
English
“Telekommunikasiya haqqında”
Qanunda mühüm dəyişikliklər
Significant changes in the
Law On Telecommunications
“Telekommunikasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 768-VIQD nömrəli 27 dekabr 2022-ci il tarixli Qanununa əsasən telekommunikasiya fəaliyyəti subyektlərinin dairəsi genişləndi. Belə ki, əvvəlki tənzimləmədən fərqli olaraq, artıq tək telekommunikasiya xidmətlərindən istifadə edən dövlət hakimiyyət orqanları deyil, telekommunikasiya xidmətlərindən və radiotezliklərdən istifadə edən dövlət orqanları (qurumları) telekommunikasiya fəaliyyətinin subyekti hesab ediləcəkdir.

Həmçinin, bu dəyişikliklər nəticəsində radiotezliklər həm “Telekommunikasiya haqqında”, həm də “Lisenziyalar və İcazələr haqqında” Qanuna uyğun olaraq 10 il müddətinə ayrılacaqdır.

Daha sonra, dəyişiklərə əsasən radiotezliklərin ayrılması haqqında qərarın ləğv edilməsinin əlavə halları müəyyən edildi. Belə ki, (i) elekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə, (ii) radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlanılmadıqda, (iii) radiotezlik istifadəçisi tərəfindən radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişlər tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə radiotezliklərin ayrılması haqqında qərar ləğv ediləcəkdir.

Nəhayət, dəyişiklərə əsasən radiomüşahidə və
radio nəzarət aparmaq üçün qanunla müəyyən
qadağalar qoyulub.

Belə ki, (i) radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən
istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi, habelə (ii) radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması, istismar edilməsi, o cümlədən radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalı qadağan edilmişdir.
Pursuant to the Law of the Republic of Azerbaijan No. 768-VIQD dated December 27, 2022, On Amending the Telecommunication Law, the actors involved in telecommunications have been expanded. Thus, unlike the previous regulation, not
solely the state authorities using telecommunication services, but state authorities (institutions) using
telecommunication services and radio frequencies will be considered subjects of telecommunication activities.


In addition, as a result of the changes, the radio frequencies will be allocated for a period of 10 years in accordance with the law On Telecommunication, as well as the law On Licenses and Permits.

Furthermore, additional circumstances have been determined for the cancellation of decision on the allocation of radio frequencies. Herewith, (i) in the case the license issued for the provision of telecommunication services is canceled, including when the license issued for cellular (mobile) telecommunication services expires, (ii) if the user of the radio frequency does not conclude the agreement on the use of radio frequencies with Ministry of Digital Development and Transportation
within 1 month after the decision on the allocation of radio frequencies, (iii) if the obligations contained in the concluded agreement on the use of radio frequencies are not fulfilled by the radio frequency
user, including if payments are not made in full within 2 years in accordance with the current tariffs for frequency nominals, and if the allocated radio frequencies are not used within 3 months, the decision on the allocation of radio frequencies shall be canceled.

Finally, according to the changes, certain prohibitions have been imposed on conducting radio surveillance and radio control by the law.

Accordingly, (i) design, installation, and operation
of radio electronic equipment using radio frequencies without a decision on the allocation of radio frequencies, as well as (ii) the installation and operation of radio electronic devices without a permit for the use of radio electronic devices, as well as acquisition and importation of radio receiver devices with wide frequency range and radio transmitters exceeding the relevant power criteria for
conducting radio surveillance and radio control without a special permit shall be prohibited.
Telekommunikasiya əleyhinə olan inzibati xətaların əhatə dairəsi genişləndi
The scope of administrative offenses against telecommunication is expanded
Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi haqqında 769-
VIQD nömrəli 27 dekabr 2022-ci il tarixli
Qanuna əsasən telekommunikasiya əleyhinə
olan inzibati xətaların əhatə dairəsi
genişlənmişdir. Belə ki, bu dəyişikliklər
nəticəsində (i) müvafiq icazə olmadan
radioelektron vasitələrin layihələndirilməsi,
quraşdırılması və istismar edilməsi üçün və (ii)
telekommunikasiya vasitələrindən və
qurğularından qanunsuz istifadə edilməsi və
onların qanunsuz dövriyyəsi üçün müvafiq
inzibati məsuliyyət müəyyən edildi.
Pursuant to the Law No. 769-VIQD dated 27
December 2022 on Amending the Code of
Administrative Offenses of the Republic of
Azerbaijan, the scope of administrative
offenses against communication has been
expanded. Herewith, as a result of these
changes, respective administrative liability is
determined for (i) designing, installing and
operating radio electronic devices without the
appropriate permission and (ii) illegal use of
telecommunications devices and facilities and
their illegal circulation.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com