Azerbaijani
English
Konstitusiya Məhkəməsi tərəfindən qarşılıqlı iddiaya münasibətdə pretenziya və mediasiya qaydalarının tətbiqi ilə bağlı qərar qəbul edilmişdir
The Constitutional Court of the Republic of Azerbaijan issued its ruling on the letter before claim and mediation in counterclaim proceeding.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 dekabr 2022-ci il tarixli Qərarı ilə qarşılıqlı iddiaya münasibətdə Mülki Prosessual Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən nəzərdə tutulmuş məhkəməyə qədər nizamlama barədə qaydalara (pretenziya, mediasiya prosesində iştirak) riayət edilməsi ilə bağlı məhkəmə praktikasında mövcud olan fikir ayrılığına son qoyulmuşdur. Konstitusiya Məhkəməsi müəyyənləşdirdi ki, kommersiya, ailə və əmək münasibətləri üzrə ilk iddia ilə birlikdə baxılmaq üçün verilmiş qarşılıqlı iddiaya münasibətdə pretenziya və mediasiya qaydalarına riayət olunması tələb olunmur. 
In its decision On the interpretation of Article 155 of the Civil Procedure Code of the Republic of Azerbaijan in connection with Articles 4.3-4.6, 55.2, 152.1.6 and 152.1.6-1 of the Code dated 14 December 2022, the Constitutional Court addressed the uncertainty in interpretation of Articles 4.3-4.6, 55.2, 152.1.6 and 152.1.6-1 of the Civil Procedure Code. Thereby, the Constitutional Court established that with respect to commercial, family and employment disputes the letter before claim and mediation are not necessary where a counterclaim is raised in relation to an initial claim. 
Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı təsdiq edilib

The State Programme for 2023-2025 on Adaptation of the National Standardization System to International Requirements approved
Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2023-cü il tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) təsdiq edilmişdir. Dövlət Proqramı (i) milli standartlaşdırma sisteminin məhsulların rəqabət qabiliyyətliliyinin artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi; (ii) Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında müvafiq yerli standartların qəbul edilməsi; (iii) malların təhlükəsizliyinin, keyfiyyətinin təmini, onların rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması; və (iv) texniki tənzimləmə sahəsində nəzarət mexanizminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması kimi hədəflərə yönəlir.

 
By his order dated 23 January 2023 the President of the Republic of Azerbaijan approved the State Programme for 2023-2025 on Adaptation of the National Standardization System to International Requirements (the “State Programme”).

We note that the main goals of the State Programme are (i) transformation of the system of national standardization to the activity which encourages to increase the competitiveness of products; (ii) adoption of relevant local standards based on European Union directives on national technical regulations and international standards; (iii) ensuring of the safety and quality of goods and increasing its competitiveness and export potential; and (iv) improving the control mechanism in the field of technical regulation, enhancing transparency and eliminating of circumstances that create conditions for corruption. 
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com

For any questions related to the information included herein, please contact 

Aysel Suleymanova
Marketing, Communications and Business Development Leader
aysel.suleymanova@pwc.com