Azerbaijani
English
Məhdud Məsuliyyətli Cəmiyyəti və Səhmdar Cəmiyyəti üzrə payların (səhmlərin) cəmiyyətə qarşı olan tələblərin əvəzləşdirilməsi yolu ilə əldə edilməsi mexanizmi müəyyən edilmişdir
Debt-equity swap mechanism has been determined in relation to Limited Liability Company and Joint-Stock Company
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanuna əsasən payların (səhmlərin) tələblərlə əvəzləşdirilməsi yolu ilə əldə edilməsi mexanizminə icazə veriləcəkdir. Belə ki, cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının yekdil qərarı (səhmdar cəmiyyətinin səhmdarlarının üçdə iki səs çoxluğu) əsasında pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı (səhmdar cəmiyyətin səhmdarı) olmaqla nizamnamə kapitalına maya qoymaq (səhmdar cəmiyyətinin səhmlərini ödəmək) vəzifəsindən azad oluna bilərlər.

Bununla bağlı həmçinin nəzərdə tutulmuşdur ki, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı (əlavə buraxılmış səhm) ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması (əlavə səhm buraxılması) hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin
əvəzləşdirilməsinə yol veriləcəkdir.

Bu dəyişiklik 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minmişdir.
Pursuant to Law On Amending the Civil Code of the Republic of Azerbaijan, dated 5 December 2023, the mechanism of converting the debt obligations into equity ownership will be allowed. Namely, the persons having monetary claims against the company, on the basis of the unanimous decision of the participants of the limited liability company (two-thirds majority of the shareholders of the joint-stock company), by offsetting the monetary claims and becoming a participant of the limited liability company (shareholder of the joint-stock company), are exempted from the obligation to contribute to the charter capital of the limited liability company (paying the shares of the joint-stock company).

It is also provided that in case the unpaid loss of the company as a result of its economic activity exceeds its authorized capital, the debt-equity swap mechanism is allowed to be applied if the difference between the excess amount and the amount of the debt to be offset with the participation share (additional issued share) is removed due to the placement of additional share (issuance of additional share).

This Amendment has entered into force from 1
January 2024.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti uzadılmışdır
The period for suspending the inspections has been extended in the field of entrepreneurship
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 1 yanvar 2025-ci il tarixinədək uzadılmışdır.

Bu dəyişiklik 1 yanvar 2024-cü il tarixindən etibarən qüvvəyə minmişdir.
Pursuant to the amendment to the Law On Suspending Inspections in the Field of Entrepreneurship, the period for suspending inspections in the field of entrepreneurship has been extended until 1 January 2025.


This Amendment has entered into force from 1 January 2024.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com
Gulnar Zulfugarova
Manager, Legal Services
gulnar.zulfugarova@pwc.com