Azerbaijani
English
Notariusların risk qrupları üzrə bölgüsü və risk əsaslı nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaların dövriliyi müəyyən edilmişdir

Classification of notaries according to risk groups and the frequency of inspections with regard to the implementation of risk-based control have been determined
Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli və “Hədəfli maliyyə sanksiyaları haqqında” 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar kolliziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2005-ci il 28 oktyabr tarixli 21-T nömrəli əmri ilə təsdiq edilmiş “Notariat fəaliyyətinin yoxlanılması Qaydalarına” dəyişiklik edilmişdir.

Dəyişikliyə əsasən ƏL/TMM Qanununa əsasən il ərzində monitorinq olunmalı notariat əməliyyatlarının həcmindən asılı olaraq, Azərbaycan notariuslar; aşağıdakı risk qruplarına bölünür:

- 40%-dək– aşağı risk qrupu;
- 50%-dək – orta risk qrupu;
- 60%-dək və daha yuxarı – yüksək risk qrupu.

Bununla yanaşı, ƏL/TMM Qanununun tələblərinə riayət edilməsinə plan üzrə risk əsaslı nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamaların dövriliyi aşağıdakı qaydada həyata keçiriləcəkdir:

- aşağı risk qrupuna aid edilən notariuslara münasibətdə - 2 ildə 1 dəfədən çox olmayaraq;
- orta risk qrupuna aid edilən notariuslara münasibətdə - 1 il və 6 ay ərzində 1 dəfədən çox olmayaraq;
- yüksək risk qrupuna aid edilən notariuslara münasibətdə - ildə 1 dəfədən çox olmayaraq.
In order to eliminate the collision concerning the adoption of the law of the Republic of Azerbaijan On Combating the Legalization of Property Obtained through Crime and the Financing of Terrorism No. 781-VIQ dated December 30, 2022 and the law On Targeted Financial Sanctions No. 782-VIQ dated December 30, 2022, the respective amendments have been made to the Rules for Inspection of Notarial Activity, approved by the order No. 21-T dated October 28, 2005 of the Ministry of Justice of the Republic of Azerbaijan.

Pursuant to the Amendments, depending on the volume of notarial operations that shall be monitored under the Law on AML/CFT, Azerbaijan notaries are classified into the certain risk groups as below:

- up to 40% - low-risk group;
- up to 50% - medium risk group;
- up to 60% and above – high-risk group.

In addition, the periodicity of inspections related to the implementation of risk-based control to comply with the requirements of the AML/CFT Law will be carried out in the following manner:

- in relation to notaries belonging to the low-risk group - no more than once in two years;
- in relation to notaries belonging to the medium risk group - no more than once a year and six months;
- in relation to notaries belonging to the high-risk group - no more than once a year.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com
Gulnar Zulfugarova
Manager, Legal Services
gulnar.zulfugarova@pwc.com