Azerbaijani
English
“Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar” haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilib
The Law on Precious Metals and Stones, the Law on Culture and the Law on Cashless Settlements have been amended
Azərbaycan Respublikası Milli Məclisinin 06 oktyabr 2023-cü il tarixli Qanunu ilə “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarında dəyişikliklər edilmişdir.

Dəyişikliyə əsasən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alğı satqısı üzrə ümumi məbləği 15000 manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcəkdir.

Bu Qanun 17 oktyabr 2023-cü il tarixində qüvvəyə minmişdir.
By the Law of the Milli Majlis of the Republic of Azerbaijan dated October 6, 2023, amendments were made to the Law “On Precious Metals and Stones”, Law “On Culture” and Law “On Cashless Settlements”.

Pursuant to the amendments, transactions related to the purchase and sale of precious stones, precious metals, including products made from precious stones and metals and cultural products, with a total amount exceeding AZN15000 will only be carried out in cashless form.

This Law came into force on 17 October
2023.
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) sənədlərin və ya məlumatların əldə edilməsi prosesinə dəyişikliklər edilmişdir.
The procedure for obtaining documents or information from the relevant authority (institution) using the Electronic Government Information System was amended.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2023-cü il tarixli 369 nömrəli Qərarına əsasən aşağıda göstərilən dəyişikliklər edilmişdir:


1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarına edilən dəyişikliyə əsasən təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi (“EHİS”) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcəkdir.


2. Azərbaycan Respublikası NazirlərKabinetinin 14 oktyabr 2008-ci il tarixli 242 nömrəli Qərarına əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcəkdir.


3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 360 nömrəli Qərarına edilən dəyişikliyə əsasən Əfqanıstanda sovet qoşunlarının tərkibində həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün təqaüdün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcəkdir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 nömrəli Qərarına əsasən müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcəkdir.

Bu Qərar 17 oktyabr 2023-cü il tarixində qüvvəyə minmişdir.
According to the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated 16 October 2023 and No. 369, the following amendments have been made:

1. In accordance with the amendments made to the Rules for the determination and payment of the President’s grant for the family of martyrs of the Republic of Azerbaijan, approved by the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated 29 January 2007, No.18: in case it is feasible to obtain the necessary documents or information for determining the grant via the Electronic Government Information System (“EGIS”) from the respective state authority (institution), the applicant will not be required to submit these documents or information.

2. In accordance with the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated 14 October 2008, No.242, in case it is feasible to obtain the necessary documents or information via the EGIS from the relevant state authority (institution) for the appointment of a monthly allowance instead of monthly compensation to the employee of privatized and managed state enterprises whose health is impaired due to industrial accidents or occupational diseases, or to the family members of the deceased employee and other individuals under their care, these documents or information will not be required from the applicant.

3. By the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated 30 October 2014, No.360, if it is possible to obtain the necessary documents or information via the EGIS from the relevant state authority (institution) for the determination of allowances for the families of military servicemen who were declared dead, missing, or legally deceased as part of the Soviet troops in Afghanistan, these documents or information will not be requested from the applicant.

4. In accordance with the Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan dated 30 October 2014, No.360, in case if it is feasible to obtain the necessary documents or information via the EGIS from the relevant state authority (institution) for the determination of allowances, pensions, and compensations these documents or information will not be requested from the applicant.

This Decision entered into force on 17 October 2023.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com
Gulnar Zulfugarova
Manager, Legal Services
gulnar.zulfugarova@pwc.com