Sözügedən Əsasnamə bərpa olunan enerji
mənbələri üzrə informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
II. Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 347 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Qayda bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi ilə bağlı münasibətləri tənzimləyir və onun Qaydanın tələbləri bərpa olunan enerji mənbələrindən elektrik enerjisini istehsal və ya istehlak edən şəxslərə şamil edilir. Həmin Qaydada bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın forması da təsdiq edilir.
III. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Bu Qaydalar aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edir və Azərbaycan Respublikası ərazisində aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını təsdiq edir. Əlavə olaraq, Qaydalarda aktiv istehlakçı ilə enerji təchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə forması təsdiq edilir.
|