Azerbaijani
English
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yüksək riskli zonalar müəyyən edildi
High risk zones have been determined to prevent the legalization of criminally obtained funds or other property and the financing of terrorism
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2023-cü il tarixli 350 nömrəli Qərarına əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə “Yüksək riskli zonaların müəyyən edilmə əsasları” (“Əsaslar”) təsdiq edilib.

Qərara əsasən yüksək riskli zonalar (dövlətlər və ya ərazilər):

  • BMT-nin Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarlarına
  • Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF), AŞ Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL), FATF-tipli regional qurumların (FSRB) və digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatlarına və
  • FATF-ın ictimai bəyanatlarına əsasən maliyyə monitorinqi qurumu tərəfindən müəyyən ediləcəkdir.

Xatırladaq ki, qanunla yüksək riskli zonalara münasibətdə maliyyə monitorinqi orqanı tərəfindən konkret məhdudiyyətlər və xüsusi tələblər tətbiq edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.


Bu Qərarın qüvvəyə minməsi ilə 25 iyun 2010-cu il tarixli 123 nömrəli “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizimi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi” Qaydası ləğv edildi.
The Bases for Determining High-Risk Zones (“The Bases”) to prevent the legalization of criminally obtained funds or other property and the financing of terrorism have been approved by Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan
No.350 dated 2 October 2023.


In accordance with the Decision, high-risk zones (states or territories) shall be determined based on:

  • The Decisions of the United Nations Security Council, World Bank and International Monetary Fund;
  • The published mutual evaluations or detailed reports, as well as progress reports of the Financial Action Task Force (FATF), Committee of Experts on the Evaluation of Anti-Money Laundering Measures and the Financing of Terrorism of the Council of Europe (MONEYVAL), FATF-Style Regional Bodies (FSRBs), another specialized international or regional organizations and;
  • To be determined by the Financial Monitoring Service based on FATF’s public statements.

It is worth to note that the financial supervisory authority imposes specific restrictions and unique mandates on high- risk areas. Such directives are communicated directly to the persons or entities concerned through the relevant supervisory authorities that are responsible for their operation.

Upon entry into force of this Decision, the Rule on determination of the list of countries (territories) that are suspected in either legalization of criminally obtained funds or other property, financing of terrorism, support of the dangerous trends of transnational organized crime, armed separatism, extremism and mercenary, participation in illegal drug dealership and other psychotropic substances production or circulation thereof, or the countries (territories) that do not require disclosing identification information when conducting financial transactions, dated 25 June 2010 and No. 123 is repealed.
 

Contact us

Elchin Mammadov
Director, Legal Services
elchin.mammadov@pwc.com
Leyla Sadikhova
Senior Manager, Legal Services
leyla.sadikhova@pwc.com
Narmin Hashimli
Manager, Legal Services
narmin.nasibova@pwc.com
Gulnar Zulfugarova
Manager, Legal Services
gulnar.zulfugarova@pwc.com